I siniflərə elektron qəbulla bağlı dəyişiklik

2025–2026-cı tədris ili üzrə birinci sinfə şagirdlərin elektron qeydiyyatı prosesi çərçivəsində https://mektebeqebul.edu.az portalında texniki sabitliyin və fasiləsizliyin təmin olunması məqsədilə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi prosesinin vaxtı dəyişdirilib.
Bu barədə “Cebheinfo.az”-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilir ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 6 may 2025-ci il saat 15:00-da aktivləşəcək.
Rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə isə 6 may 2025-ci il saat 11:00-da start veriləcək.
"Valideynlərdən və qanuni nümayəndələrdən portalda aparılan yenilikləri diqqətlə izləmələri və göstərilən tarixlərə uyğun şəkildə qeydiyyat prosesində iştirak etmələri xahiş olunur", - qurumdan əlavə olunub.
“Cebheinfo.az”