Tramp Putindən danışdı

Tramp Putindən danışdı

ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində yenə Rusiya Prezidenti Vladimir Putinin onun burnunu çəkib-çəkmədiyini cavablandırmaq üçün vaxt lazım olduğunu bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, söhbət zamanı Trampa Kreml rəhbərinin onu “burnun”dan tutub apardığını və bəlkə də Ukraynadakı müharibəni bitirmək istəmədiyinə dair paylaşımı xatırladılıb.

Onu da qeyd edək ki, aprelin sonunda jurnalistlərlə söhbəti zamanı o, Putinə güvənib-güvənmədiyinə cavab vermək üçün iki həftə vaxt lazım olduğunu deyib.
İndi “NBC” telekanalına müsahibəsində Trampın Putini lazımınca dəyərləndirmədiyini soruşduqda o, daha bir neçə həftə və ya bir aya ehtiyacı olduğunu deyib.

“Heç bir fikrim yoxdur. Amma bir şeyi deyə bilərəm: indi prosesə rəhbərlik etdiyimi anlayanda onun iddiaları xeyli cilovlanıb. Çünki o, Avropada heç kimi ciddi qəbul etmirdi, hətta onlara geri zəng də etməyib”, - deyə Tramp cavab verib”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”