Qızıl və gümüşün qiyməti artıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən artıb.
"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,68% və ya 22,2 dollar artaraq 3 265,5 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,7% və ya 0,23 dollar artaraq 32,49 ABŞ dolları olub.
"Cebheinfo.az"