Məktəbli formaları yenə dəyişir?

Məktəbli formaları yenə dəyişir?

"Formalarımızın satışı fevraldan başlanılıb. Hazırda heç bir çatışmazlığımız yoxdur". 

Bu sözləri "Cebhe.info"-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib. O bildirib ki, bu il məktəbli formalarında dəyişiklik olmayacaq:

"Bir formanı 3 il geyinmək şərt olduğundan, bu il formalarda dəyişiklik olmayacaq. Qiymətlərimiz də dəyişməz olaraq qalır. Formalarımızın materialı təmiz pambıqdır, keyfiyyətlidir. Hazırda satışımız davam edir. Bu gün 9 satış məntəqəmiz fəaliyyət göstərir. Tədris ili yeni yekunlaşdığı üçün alıcıların sayı çox deyil. 

Yəqin ki, hər il olduğu kimi, sentyabrda alıcılar çoxalacaq". 

Naibə 
"Cebhe.info