1 milyon fələstinlini Liviyaya köçürmək istəyirlər

ABŞ Prezidenti Donald Trampın administrasiyası fələstinlilərin Qəzza zolağından Liviyaya köçürülməsi ilə bağlı plan hazırlayır.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “NBC” telekanalı yayıb.
Sözügedən plan çərçivəsində 1 milyon fələstinlinin Qəzzadan Liviyaya köçürülməsi nəzərdə tutulub.
Bildirilib ki, Vaşinqton bunun qarşılığında Liviyaya daha əvvəl dondurulmuş aktivlərin aktivləşdirilməsini təklif etməyə hazırdır.
"Cebheinfo.az"