Ərdoğanla Meloninin bu görüntüsü gündəm oldu - VIDEO

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi baş tutub.
“Qafqazinfo” “Haberler.com”a istinadən xəbər verir ki, liderlər birgə foto çəkdirərkən İtaliya Baş naziri Cirocia Meloni ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb.
Meloni özündən bir pillə hündürdə dayanan Ərdoğandan boy fərqinin daha da çox olmaması üçün aşağı enməsini xahiş edib və bunu jestlərlə başa salıb.
Sözügedən anı təqdim edirik:
"Cebheinfo.az"