ABŞ-də erməni iddialarına qarşı ETİRAZ - FOTOLAR

ABŞ-nin paytaxtı Vaşinqton və onun ətrafında yaşayan türk-amerikan icmasının üzvləri 1915-ci il hadisələrinin ermənilər tərəfindən təhrifinə etiraz ediblər.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin müxtəlif ştatlarından gələn və Türkiyənin Vaşinqtondakı səfirliyi iqamətgahı qarşısında toplaşan türklər ermənilərin 1915-ci ildə baş verdiyini iddia etdikləri hadisələrin həqiqəti əks etdirmədiyini Amerika vətəndaşlarına çatdırmaq üçün etiraz aksiyası keçiriblər.
Türk Amerika Rəhbər Komitəsinin (TASC) və bir sıra digər türk-Amerika vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə bir araya gələn qrup, erməni terror təşkilatı ASALA tərəfindən şəhid olan türk diplomatların fotoşəkillərini daşıyıb və bir dəqiqəlik sükutla yad ediblər. 1915-ci il hadisələrinə etiraz edən ermənilərin yürüşünə reaksiya vermək üçün toplaşan türk ictimaiyyəti əsassız erməni iddialarına qarşı türk bayraqları və pankartlarla saatlarla aksiya keçirib.
Tarixin müəyyən dövründə baş verən hadisələrin erməni diasporu tərəfindən təhrif olunduğu vurğulanan nümayişdə ABŞ-də yaşayan Azərbaycan vətəndaşları, Ahıska türkləri və bəzi digər diaspor nümayəndələri türk icmasını tək qoymayıblar. Digər tərəfdən, iş gününün sonunda ermənilərin kiçik bir qrupu şüarlar səsləndirərək Azərbaycan səfirliyi, Türkiyə səfirliyi qarşısından keçiblər.
Nigar Hacılı
"Cebheinfo.az"