ABŞ-də yaşayış binasında partlayış olub

ABŞ-də yaşayış binasında partlayış olub

ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub.

Bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.

Binanın dağılmasına səbəb olan partlayışın səbəbi müəyyənləşdirilir.

"Cebheinfo.az"