Almaniya viza rüsumunu artırır

Almaniya viza rüsumunu artırır

Şengen vizası iyunun 11-dən bahalaşacaq.

"Cebhe.info" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Artıq iş adamları Avropaya iş görüşmələri üçün gedə bilmir, tələbələr böyük çətinliklər yaşayır, insanlar qohumlarını ziyarət edə bilmir, hətta ən yaxın adamlarının toyunda belə iştirak edə bilmirlər.

Almaniyada Türkiyə vətəndaşları üçün viza rüsumu 90 avrodur. 11 yaşa qədər olanlar üçün isə pulsuz. Ancaq Almaniya vizası üçün müraciət etmək üçün görüş almaq demək olar ki, mümkün deyil.

Almaniyanın Türkiyədəki nümayəndəliyindən verilən açıqlamada “Gözləmə müddətinin 7 aya qədər ola biləcəyi” deyilir, sonra isə viza görüşünü ala bilənlər görüşə çağırılır, sonra da gözləmə müddəti başlayır.

Məlumatda bütün Aİ ölkələri üçün keçərli olacaq viza rüsumun artımın 11 iyun 2024-cü ildə başlayacağı deyilir.

Açıqlamada mühüm xəbərdarlıq da edilib:

"Viza müraciəti üçün ilk növbədə baş konsulluğun və ya səfirliyin gözləmə siyahısında qeydiyyatdan keçməyiniz çox vacibdir. Viza görüşləri bu müraciətlərdəki xronoloji (tarixi) sıraya görə qiymətləndiriləcək. Əgər bu siyahıda qeydiyyatdan keçməkdə gecikmisinizsə, viza təyinatına dair sorğunuz nəzərə alınmaya bilər və ya planlaşdırılan səfərdən sonrakı bir tarix üçün görüş təyin oluna bilər".

Nigar
"Cebhe.info"