Babacandan Ərdoğanla bağlı şok açıqlama

Türkiyədə ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəşin sui-qəsd nəticəsində öldürülməsi siyasətin əsas gündəminə çevrilib.
Cebhe.info xəbər verir ki, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan mövzu ilə bağlı verdiyi açıqlaması ilə diqqət çəkib.
O, bu cinayəti qəbuledilməz adlandırıb:
"Əgər kimlərsə, cəsarət edib belə cinayətlərə əl atırsa, bunun bütün məsuliyyəti iqtidarın üzərinə düşür. Yəni şəxsən iqtidarın başındakı Rəcəb Tayyib Ərdoğan məsuliyyət daşıyır".
Babacan deyib ki, Türkiyəni keçmişin qaranlığına aparmaq kiminsə ağlına gəlməməlidir:
"Dövlət öz dövlət borcunu yerinə yetirməlidir. Bu işin səbəbkarı kimdirsə, niyə baş verdibsə, hamısı açıqlanmalıdır".
Elmir
Cebhe.info