Daha 4 terrorçu zərərsizləşdirilib

Daha 4 terrorçu zərərsizləşdirilib

İraqın şimalındakı “Pəncə Kilit” bölgəsində 2 PKK terrorçusu, Suriyanın şimalında isə “Fərat qalxanı” bölgəsində müəyyən edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Terrorçular üçün qaçacaq yer, onlar üçün təhlükəsiz yer yoxdur! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı “Pəncə Kilit” bölgəsində müəyyən etdikləri 2 PKK terrorçusunu, Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində isə müəyyən etdikləri 2 PKK/YPG terrorçusunu bu günlərdə məhv edib. Harada olurlarsa olsunlar, türk əsgərləri nəfəslərini terrorçuların boynunda saxlamağa davam edəcəklər!"

Nigar Hacılı 
"Cebheinfo.az"