Əsəd “dirildi”: 48 nəfərin öldüyü toqquşmaları kim başladıb?

Əsəd “dirildi”: 48 nəfərin öldüyü toqquşmaları kim başladıb?

 

 

Xəbər verildiyi kimi, Rusiya aviabazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş Prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar olub.

“Cebheinfo.az” xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupunun (SOHR) məlumatına görə, döyüşlər zamanı azı 48 nəfər həlak olub.

Bu, dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmadır.

BBC xəbər verir ki, ölənlər arasında 16 təhlükəsizlik əməkdaşı, 28 Bəşər Əsəd tərəfdarı və dörd mülki şəxs var.

Bundan əvvəl SANA agentliyi eks-prezidentin tərəfdarlarının Aralıq dənizi sahilindəki Cəblə şəhəri ərazisində nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyini bildirmişdi. Rusiyanın Xmeymim aviabazası bu ərazinin yaxınlığında yerləşir.

Xəzər
“Cebheinfo.az”