FBI 2 iranlının qollarını qandalladı

FBI 2 iranlının qollarını qandalladı

ABŞ Federal Təhqiqat Bürosu (FTB - FBI) 2 iranlını həbs edib.

Yenisabah.az ILNA-ya istinadla xəbər verir ki, onlar İrana qeyri-qanuni olaraq dron hissələri və avadanlıqlarını ixrac etməkdə ittiham olunurlar.

Prokurorlar hər 2 şəxsin ötən ilin yanvarında İordaniyada 3 ABŞ əsgərinin öldürüldüyü PUA hücumu ilə əlaqəli olduğunu iddia edib.

FTB şübhəlilərdən birinin Massaçusets ştatında yarımkeçiricilər istehsal edən şirkətin işçisi olduğunu açıqlayıb.

İkinci şəxs İtaliyada həbs edilib və ABŞ Ədliyyə Nazirliyi onun bu ölkəyə ekstradisiyasını həyata keçirib.

"Cebheinfo.az"