HƏMAS buraxılacaq məhbusların siyahısını təqdim edib

HƏMAS buraxılacaq məhbusların siyahısını təqdim edib

HƏMAS Misirə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsində azad ediləcək məhbusların siyahısını təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, Qətərdə yerləşən "Əl-Ərəbiyyə" telekanalının HƏMAS rəsmilərinə əsaslanan xəbərinə görə, atəşkəs danışıqlarında irəliləyiş əldə olunub.

Atəşkəs razılaşmasının birinci mərhələsində İsrailin hansı nöqtə və yerlərdən çıxacağı ilə bağlı razılıq əldə olunub.

Xəbərə görə, ilk mərhələdə İsrail Rəfah sərhəd qapısı və Qəzza zolağı ilə Misir arasındakı sərhəd xətti olan Filadelfi dəhlizinin bəzi yerlərindən geri çəkiləcək.

Atəşkəsdən bir həftə keçdikdən sonra məhbusların azad edilməsi və İsrailin razılaşdırılmış ərazilərdən çıxarılması planlaşdırılır.

Razılaşmanın birinci mərhələsində azad ediləcək məhbusların siyahısını alan Misir rəsmiləri iki gün ərzində onu İsrailə göndərəcək. 

Nigar Hacılı 
"Cebheinfo.az"