İstanbulda Atatürkün heykəlinə qarşı vandallıq

İstanbulda Atatürkün heykəlinə qarşı vandallıq

Türkiyənin İstanbul şəhərində ölkənin qurucusu Mustafa Kamal Atatürkə qarşı biabırçı addım atılıb.

“Cebheinfo.az” xəbər verir ki, Atatürkün Türkiyədə tikilən ilk heykəlinə hücum olub.

Belə ki, masqalı bir şəxs Sarayburnu Sahilində yerləşən heykəlin üzərinə çıxıb.

O, əlindəki dəyənək və açarla heykələ zərər vurub. Lakin bu rəzilliyi edən şəxsə ətrafdakı insanlar əngəl olublar. 

Atatürkün heykəlinə qarşı vandallıq edən şəxs polislər tərəfindən saxlanılıb, istinataq cəlb olunub. 

Qeyd edək ki, heykələ 20-25 ədəd zərbə dəydiyi açıqlanıb. Artıq həmin heykələ dəymiş ziyanın ortadan qaldırılması üçün çalışmalara başlanılıb. 

Elmir 
“Cebheinfo.az”