KİV: Polşa  müharibəyə hazırlaşır

KİV: Polşa  müharibəyə hazırlaşır

Polşa hökuməti silahl almağa milyardlarla avro sərf edir və əhalisini müharibəyə hazırlamağa başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Politico” nəşri xəbər verib.

Qeyd olunur ki, Polşa NATO-ya üzv ölkələr arasında müdafiə xərclərinin artımına görə liderdir.

Xərclər 2 %-lik məqsəd göstəricisinə qarşı 4,7 %-ə çatıb. Polşa, Avropa İttifaqının ən böyük ordusuna sahibdir və Varşava milyardlarla avro sərf edərək döyüş təyyarələri, raketlər, tanklar və artilleriya sistemləri alır. 

"Dövlət əhalisini müharibəyə hazırlayır", - deyə məqalədə bildirilir.

Qeyd edək ki, martın əvvəlində Polşanın Baş naziri Donald Tusk bildirib ki, 2027-ci ildən etibarən 100 min polşalı hərbi hazırlıq keçəcək. Bu proqramın məqsədi “canlı qüvvə rezervinin yaradılması"dır.

“Politico” nəşrinə müsahibə verən Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Vyslav Kukula deyib ki, Polşanın digər Avropa ölkələrindən fərqli olaraq, Rusiyanın və Belarusun qonşusu olaraq müdafiə üçün "strateji dərinliyi" yoxdur. 

"Biz Rusiya və Belarusla qonşuyuq, ona görə də aramızda tampon zona yoxdur və hazırlıq və cavab vermək üçün məhdud vaxtımız var", - deyə general bildirib.

Onun sözlərinə görə, canlı qüvvə rezervinin hazırlanması üçün plan hələ də hazırlanır və bu ayın sonuna qədər təqdim olunacaq: 

“Təlim kursları könüllü olacaq və iştirakçılar bir neçə gün ərzində mülki müdafiə, ilkin tibbi yardım və döyüş bacarıqları üzrə əsas biliklər öyrənəcəklər”.

Səbinə Uğur 
"Cebheinfo.az"