Mikroavtobus 220 metrlik uçuruma düşdü: Çox sayda ölü var

Mikroavtobus 220 metrlik uçuruma düşdü: Çox sayda ölü var

Cənubi Amerika ölkəsi Peruda sərnişin mikroavtobusu sürücünün idarəetməni itirməsi səbəbindən 220 metrlik uçuruma düşüb. 

"Cebheinfo.az" xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər hadisə yerində həyatını itirib, 4 yaşlı uşaq isə ağır xəsarətlə mikroavtobusdan çıxarılıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub. Qəza ilə bağlı araşdırmalara başlanılıb. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"