Qadınlar da hərbi xidmətə gedəcək
Myanmadakı hərbi hökumət ölkədəki gənc kişi və qadınların ən azı 2 il məcburi hərbi xidmət keçəcəyini açıqlayıb.
"Cebhe.info" "BBC news"-a istindən Myanmadakı hərbi administrasiya bu ölkədə məcburi hərbi xidmət təcrübəsi ilə bağlı açıqlama verib.
Belə ki,18-35 yaş arası kişilərin və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.
Məlumatda fövqəladə hallarda hərbi xidmət müddətinin 5 ilədək uzadıla biləcəyi, bu təcrübəyə qarşı çıxanların isə 5 il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilib.
Nigar Hacılı
"Cebhe.info"