Şevçenko kəndi uğrunda şiddətli döyüşlər gedir

Rusiya ordusu Ukraynanın Krasnoarmeysk (Ukrayna adı - Pokrovsk) yaxınlığındakı əsas logistika mərkəzi olan Şevçenko kəndi uğrunda döyüşlərə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, çətin relyefə baxmayaraq, qoşunlar kifayət qədər sürətlə irəliləyir. Yaxın günlərdə Şevçenko kəndin ələ keçirilməsi gözlənilir.
Həsən Məmmədov
"Cebheinfo.az"