Viktor But: "Silah baronu olmağım uydurmadır"

Rusiyaya ABŞ-dan həbsdən qayıdan Viktor But yeni açıqlamalarla gündəmə gəlib.
Modern.az xəbər verir ki, But "Komsomolskaya Pravda"ya müsahibə verib.
O, silah baronu olmasını təkzib edib.
"Mən heç vaxt silah biznesi ilə məşğul olmamışam. Bu məlumatlar propoqandanın nəticəsidir. Mən Liviya ilə işləmişəm. Biz aviasiya texnikasının təchizatı sahəsində çalışmışıq. Afrikanın çox ölkəsi ilə işləmişik. Anqola da uzun müddət çalışmışam. Amma amerikalıların məndən silah baronu düzəltməsi tamamilə uydurmadır, bir damcı da həqiqət payı yoxdur", - deyə But söyləyib.
Qeyd edək ki, V.But "Kolumbiya İnqilabçı Silahlı Qüvvələri" qruplaşmasına silah tədarük etdiyi üçün 2008-ci ildə Taylandda həbs olunmuşdu. Daha sonra ABŞ-a təhvil verilən Buta 25 il azadlıqdan məhrumetmə hökmü oxunmuşdu. O, ölməzdən əvvəl Vladimir Jirinovskinin sədrlik etdiyi Rusiya Liberal-Demokrat Partiyasına üzv olub.
Cebhe.info