Suriya Milli Ordusu Mənbici nəzarətə götürdü

Suriya Milli Ordusu Mənbici nəzarətə götürdü

"Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu həyata keçirilən əməliyyat nəticəsində Suriyanın şimalındakı Mənbic şəhəri üzərində nəzarəti ələ alıb".

Bu barədə NTV telekanalı Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, əməliyyat dekabrın 8-də Türkiyədə qadağan edilmiş PKK-nı (Kürdüstan Fəhlə Partiyası) Mənbic üzərində nəzarətdən məhrum etmək məqsədilə başladılıb.

"Cebheinfo.az"