Təbrizli namizədin prezidentliyə yolu açıldı

Təbrizli namizədin prezidentliyə yolu açıldı

Xəbər verildiyi ki, Tehran meri Əlirza Zəkani İranda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərində namizədlər parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədidir. İran Prezident seçkilərinə 1 gün qalmış Əlirza Zəkaninin Qalibaf və Cəlilinin xeyrinə namizədliyini geri götürməsi ilə Məsud Pezeşkianın qalib gəlmə ehtimalı mühafizəkarları ciddi təşvişə salıb. 

Bu gün İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə Haşimi də prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb. 

Xatırladaq ki, iyunun 28-də İranda 14-cü prezident seçkiləri keçiriləcək. 

Ləman İsmayıl 
"Cebhe.info"