Ermənilər Laçın buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Ermənilər Laçın buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO

Bu gün - iyunun 29-da mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən 8 nəqliyyat vasitəsinin sərbəst keçidi təmin edilib.

Cebhe.info xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

Cebhe.info