Avtomobil 62 yaşlı süpürgəçini vurub: Sürücü qaçıb

Xaçmaz şəhərində süpürgəçini avtomobil vurub.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında "Xaçmaz dairəsi" adlanan ərazidə qeydə alınıb. "Volqa" markalı avtomobil 62 yaşlı Xaçmaz şəhər sakini Nənəxanım Bahardırovanı vurub.
Xəsarət alan qadın Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb.
N.Bahadırovanın Xaçmaz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin süpürgəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"