Azərbaycan Basketbol Liqasında XV turun proqramı açıqlanıb

Azərbaycan Basketbol Liqasında XV turun proqramı açıqlanıb

Azərbaycan Basketbol Liqasında XV turun proqramı açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, qarşılaşmalar 26 fevral - 1 mart aralığında təşkil olunacaq.

Fevralın 26-da, saat 19:00-da Bakı İdman Sarayında "Neftçi" və "Abşeron" komandaları üz-üzə gələcəklər.

Fevralın 27-də, eyni saatda "Ordu" - "Quba" və "Sumqayıt" - "Gəncə" görüşləri təşkil olunacaq. Matçlar müvafiq olaraq "Sərhədçi" İdman Mərkəzində və Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.

Fevralın 28-də, saat 16:00-da "Sərhədçi" İdman Mərkəzində NTD "Sərhədçi" ilə, saat 19:00-da eyni arenada "Naxçıvan" "Sabah"la münasibətlərə aydınlıq gətirəcək.

Tura martın 1-də, saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində "Şəki" - "Lənkəran" oyunu ilə yekun vurulacaq.

"Cebheinfo.az"