Rusiyalı marafonçu 41 yaşında vəfat edib

Rusiyalı marafonçu 41 yaşında vəfat edib

Rusiyalı marafonçu Yevgeniya Pavlova 41 yaşında ağır xəstəlik səbəbindən vəfat edib.

"Report" "Novosti Volqoqrada"ya istinadən xəbər verir ki, sentyabrda mədəsində yaranan güclü ağrıya görə xəstəxanaya yerləşdirilən idmançıda müayinələr zamanı onkoloji xəstəlik aşkar edilib.

Kimyəvi müalicə almasına və noyabrn 7-də əməliyyat olunmasına baxmayaraq, Y.Pavlova həyatda qala bilməyib.

Qeyd edək ki, 2023-cü ildə 24 saat ərzində 170 kilometr məsafəyə qaçmış idmançı bu il öz rekordunu yeniləməyə hazırlaşırdı.

"Cebheinfo.az"