Horadiz-Ağbənd yolunun son görüntüləri

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi 93% səviyyəsində tamamlanıb.
"Cebheinfo.az" xəbər verir ki, yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir. Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır. Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib. Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır.
"Cebheinfo.az"