Uşaqlara Şaxta babanın olmadığını söyləmək doğrudur?

Uşaqlara Şaxta babanın olmadığını söyləmək doğrudur?

İngiltərədə keşiş Dr. Paul Chamberlain uşaqlara Şaxta babanın həqiqi olmadığını dediyi üçün sərt reaksiya ilə üzləşib.

“Cebheinfo.az” xəbər verir ki, getdiyi bir məktəbdə 6-cı sinif şagirdləri qarşısında çıxışı zamanı keşişdən Şaxta babanın gerçək olub-olmaması soruşulub. 

Keşiş bunun saxta olduğunu, hədiyyələri Şaxta babanın deyil, ailələrinin gətirdiyini, Şaxta babaya qoyub getdikləri peçenyeləri isə ailələrinin yediyini bildirib.

Onun bu sözlərindən sonra uşaqlar göz yaşlarına boğulub. 

Valideynlər keşişi "Milad bayramını məhv etməkdə" günahlandırıblar.

Keşiş daha sonra şagirdlərdən və valideynlərdən üzr istəməli olub.

Əfsanə Rəcəb
“Cebheinfo.az”