Ebru Gündeş iraqlı sevgilisindən ayrıldı 

Ebru Gündeş iraqlı sevgilisindən ayrıldı 

May ayında iraqlı sevgilisi Rassan Xoşnəv ilə eşq yaşamağa başlayan Ebru Gündeş ondan ayrılıb.

Cebhe.info-nun məlumatına görə, iş adamının 1,8 milyon TL-lik üzüklə evlənmək təklif etdiyi Gündeşin gərgin iş qrafiki səbəbindən yollarını ayırdığı iddia edilib.

Birlikdə görünməməyə qərar verən ikilinin 10 gün əvvəl yollarını ayırdığı bildirilir. İraqlı iş adamı Rassan Xoşnəvin Ebru Gündeşin gərgin iş qrafikini əsas gətirərək ayrılmaq qərarına gəldiyi deyilir. Cütlüyün ayrılmaq qərarı onların yaxınları tərəfindən də bəyənilib.

Dubayda lüks oteldə evlilik təklifi alan Ebru Gündeşin iraqlı iş adamına 1,8 milyon TL dəyərində olan "Solitaire" üzüyünü geri qaytarıb-qaytarmaması isə maraq doğurub.

Aylin
Cebhe.info