Tanınmış aktrisa yeni serialda

Tanınmış aktrisa yeni serialda

Türkiyəli tanınmış aktrisa Evrim Doğanın yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, o, “ATV”-nin yeni başlayacaq serialı “Sustalı Ceylan”da rol alacaq.

47 yaşlı aktrisa layihədə “Fahriye” obrazına həyat verəcək. Serialın baş rollarında isə Sümeyye Aydoğan, Burak Yörük və Celil Nalçakan çəkiləcək. 

Ekran işinin yaxın aylarda başlaması gözlənilir.

Qeyd edək ki, Evrim Doğan indiyə kimi “Cennet Mahallesi”, “Arka Sıradakiler”, “Şubat”, “Bizim Hikaye”, “Kadın”, “Kardeşlerim” kimi çox sayda iddialı serialda rol alıb.

Aslan
“Cebheinfo.az”