Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - YENİLƏNİB

Bir sıra seçki dairələrinin hüdudları dəyişdirilib - YENİLƏNİB

Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilib.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, Ağdərə rayonunun yaradılması ilə bağlı Tərtər, Kəlbəcər və Ağdam rayonlarının inzivbari ərazilərində dəyişiklik edilib.

Dəyişiklikdən irəli gələrək, 96, 97, 118, 119, 124 saylı seçki dairələrinin adında və hüduqlarında qismən dəyişiklik edilir.

16:03

Mərkəzi Seçki Komissiyası bəzi seçki dairələrinin hüdudlarına dəyişikliyi müzakirə edir.

Bununla bağlı MSK-nın iclasının gündəliyində nəzərdə tutulub.

Həmçinin, MSK bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsini də gündəliyə daxil edib.

"Cebhe.info"