İranda seçki ikinci tura qaldı

İranda seçki ikinci tura qaldı

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci tura çıxıblar.

"Cebhe.info" xəbər verir ki, bu, "Tasnim" agentliyi və IRIB telekanalının təqdim etdiyi hesablamalardan görünür.

İndiyə qədər 10 milyon 366 min 410 səsin toplandığı 343 şəhərdə 27 min 938 şöbə sayılıb.

Səid Cəlilinin səslərinin sayı 4 milyon 266 min 386-dır

Məsud Pezişkiyanın səslərinin sayı 4 milyon 244 min 815-dir.

Məhəmmədbağır Qalibafın səslərinin sayı 1 milyon 385 min 83 min olub.

 

İyunun 9-da İran Daxili İşlər Nazirliyi yanında seçki qərargahının nümayəndəsi Möhsün Eslami ölkə prezidentliyinə altı namizədin adını rəsmən açıqlayıb. Onlardan ikisi namizədliyini geri götürdükdən sonra Qalibaf və Cəlilidən başqa, deputat Məsud Pezeşkian, ölkənin keçmiş prokuroru Mustafa Purməhəmmədi namizəd kimi qalıblar.

Xəzər
"Cebhe.info"