Sinan Oğan da başsağlığı verdi - FOTO

Türkiyəli siyasətçi Sinan Oğan bu gün səhər saatlarında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib.
“Cebheinfo.az” xəbər verir ki, o, Azərbaycan xalqına başsağlığı verib.
Sinan Oğanın “X” hesabındakı paylaşımında deyilir:
“Azərbaycanın təyyarəsinin qəzaya uğraması hamımızı dərindən məyus edib. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə təcili şəfa diləyirəm. Qardaş Azərbaycan xalqının acısını ürəkdən paylaşıram”.
Elmir Mustafa
“Cebheinfo.az”