Deputatdan sahibsiz itlərlə bağlı TƏKLİF

Deputatdan sahibsiz itlərlə bağlı TƏKLİF

Paytaxtda və regionlarda sahibsiz itlərlə bağlı çox ciddi problemlər var.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Fatma Yıldırım bildirib.

“Təəssüf ki, onlar üçün sığınacaqlar yetəri qədər yoxdur. Bu ciddi məsələdir, üzərində işləməliyik. Quduzluğa qarşı da işlər görülməlidir, insanlar üçün təhlükə mənbəyi kimi qəbul edilir. Biz heyvansevər vətəndaşlarımıza şərait yaratmalıyıq. Onlara bununla bağlı lisensiya verilə bilər. Kifayət qədər vətəndaşımız var ki, onlar könüllü olaraq, belə sığınacaqlarda fəaliyyət göstərmək istəyərlər. Eyni zamanda, qardaş Türkiyənin də bu məsələ ilə bağlı təcrübə var, onu burada tətbiq edə bilərik”, - deyə deputat sahibsiz itlərlə bağlı problemi gündəmə gətirib.

Cebhe.info