24 saatda 7 əks-hücum

24 saatda 7 əks-hücum

Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Kursk istiqamətində Ukrayna ordusunun Darino, Leonidovo, Nikolaevo-Daryino, Novaya Sorochina və Novoivanovka istiqamətində 7 əks-hücumunu dəf edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

“24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 300-dən çox hərbi qulluqçusunu və 5 tank itib”,- məlumatda deyilir. Nazirlik həmçinin qeyd edib ki, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna tərəfi 31700-dən çox hərbi qulluqçu və 200 tank itirib. 

Həsən Məmmədov 
“Cebheinfo.az”