Amerikalı modeldən Trampın Qəzza planına etiraz

Fələstin əsilli amerikalı model Bella Hadid Fələstin xəritəsi ilə pozasını paylaşıb.
“Cebheinfo.az” xəbər verir ki, 28 yaşlı modelin İsrailin sərhəd xətti olaraq göstərdiyi torpaqları əhatə edən Qərbi Fələstin xəritəsinin bugünkü paylaşımı milyonlarla izləyicisi tərəfindən bəyənilib.
Fotonun 2022-ci ildə Qətər Milli Kitabxanasına səfər zamanı çəkildiyi güman edilir.
Digər tərəfdən ABŞ-də Respublikaçılar Partiyasının üzvü Nensi Rut Meys "Bella Hadid iyrənc insandır" deyərək modeli təhqir edib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”