Bayden gizlicə 24 milyard dollar istədi - SƏBƏB

ABŞ Prezidenti Co Bayden gizli şəkildə Konqresdən Ukraynaya əlavə 24 milyard dollar yardım ayırmağı xahiş edib.
“Cebheinfo.az” bu barədə “Politico”-ya istinadən xəbər verir.
Qeyd olunur ki, Bayden Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması və Pentaqonun silah anbarının doldurulması ilə bağlı qanunvericilərə gizli şəkildə uzunmüddətli müraciət edib. Bu məlumat Ağ Evin Büdcə Ofisinin hökumətin maliyyələşdirməsinin yeni hissəsinə əlavə olaraq verilmiş sənədlə təsdiqlənir. Prezident Baydenin müraciətinə bu ilin dekabrında baxıla bilər.
Tələb olunan vəsaitin 16 milyard dolları Rusiya ilə döyüşmək üçün göndərilən Amerika silahlarını əvəz etməyə gedəcək. “Ukraynaya Dəstək Təşəbbüsü”nə səkkiz milyard dollar göndəriləcək.
ABŞ yardımını Ukraynaya köçürmək üçün iki əsas üsuldan istifadə olunur:
Pentaqonun anbarlarından Ukraynaya hərbi texnika göndərmək və ya yeni texnika almaq. Ağ Ev administrasiyası əvvəllər bəyan etmişdi ki, Donald Trampın inauqurasiyasına qədər bütün razılaşdırılmış vəsait - təxminən 9 milyard dollar Ukraynaya köçürüləcək.
Xəzər
“Cebheinfo.az”