Erməni deputatlar 15 dəqiqə işləyib 20 dəqiqəlik fasiləyə getdilər

Aprelin 15-də İrəvanda Ermənistan Milli Assambleyasının sessiyası keçirilib.
Lakin onun başlamasından təxminən 15 dəqiqə sonra deputatlar 20 dəqiqəlik fasiləyə gediblər.
“Cebheinfo.az” xəbər verir ki, bunu erməni mətbuatı yazıb.
““Ermənistan” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Artsvik Minasyan müvafiq müraciətlə Milli Assambleyanın sədri Alen Simonyana müraciət edib”,-deyə məlumatda bildirilir.
Xəzər
“Cebheinfo.az”