Gürcüstanda faciə: 12 nəfər öldü

Gürcüstanda xizək mərkəzində karbon-monoksid qazından zəhərlənmə faktı qeydə alınıb.
Hadisə nəticəsində 12 nəfər dünyasını dəyişib.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, ölənlərdən 11 gürcü, 1-i isə xarici vətəndaşdır. Hadisəyə səbəb elektriklərin kəsilməsindən sonra işə salınan generatorlarda baş verən qaz sızıntısı olub.
Faciənin baş verdiyi Qudauri Gürcüstanın ən böyük qış turizm mərkəzlərindən biridir.
"Cebheinfo.az"