Maşın yarışında qəza: 18 yaralı

Polşada avtomobil yarışı zamanı sürücünün sükanı itirməsi və tamaşaçıların üzərinə sürməsi nəticəsində dördü ağır olmaqla 18 nəfər xəsarət alıb.
"Cebheinfo.az" xəbər verir ki, Polşanın cənub-qərbində yerləşən Krosno şəhərində avtomobil yarışı zamanı sürücü idarəetməni itirərək tamaşaçıların üstünə çıxıb.
Yarış başlayandan az sonra sürücü avtomobilini trasın kənarındakı tamaşaçıların üzərinə sürüb.
Qəzada 4-ü ağır olmaqla 18 nəfər xəsarət alıb. Qəzadan sonra bölgəyə çoxlu yanğınsöndürmə briqadası, təcili yardım maşınları və helikopteri sövq edilib.
Nigar Hacılı
"Cebheinfo.az"