Məsciddə Quran oxuyan 13 yaşlı yeniyetmə döyüldü

Sivasda 13 yaşlı yeniyetmə Quran oxumağa getdiyi məsciddə bir şəxs tərəfindən döyülüb.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, 13 yaşlı yeniyetmə yaşadığı dəhşəti danışıb.
"Məscidin içində mahnı oxuyub qışqırırdı. Sonra məni boğazımı sıxaraq təpiklə vurdu”,-deyə yeniyetmə bildirib.
Hadisə məscid camaatının müdaxiləsi ilə bitib. Baş verənlər saniyə-saniyə təhlükəsizlik kamerasına əks olunub.
"Cebheinfo.az"