Paşinyan xalqa müraciət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan genişmiqyaslı istefaların səbəbini açıqlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Nikol Paşinyan sosial şəbəkələrdə belə yazıb:
“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, bəzi yüksək vəzifəli şəxslərdən tutduqları vəzifələrdən istefa vermələrini xahiş etdiyimi sizə bildirməyi zəruri hesab edirəm. Belə bir xahişin edilməsinin səbəbləri şəxsi deyil, sistem xarakterli olduğunu açıq şəkildə demişəm. Eyni zamanda, adıçəkilən tərəfdaşlarımızın dövlətçiliyimizin inkişafında xidmətlərini inkar edə bilmərəm və verdikləri töhfələrə, mənim xahişimi anlıayışla qarşılaqdıqlarına görə hər kəsə təşəkkür edirəm”.
Xatırladaq ki, Ermənistan KİV-ndə yayılan məlumata görə, daxili işlər naziri Vahe Qazaryan, ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, İstintaq Komitəsinin sədri Arqişti Kyaramyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan işdən çıxarılıb.
Daha sonra Ali Məhkəmənin sədri Karen Andreasyanın istefa ərizəsi yazıdğı açıqlanıb. Ardınca Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryan da tutduğu vəzifədən istefa ərizəsi yazıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”