Pul lazımdır: Böyük özəlləşdirmə başlayır

Ukrayna hakimiyyəti 2024-cü ildə minə yaxın obyekti özəlləşdirmək niyyətindədir.
Onların da əksəriyyəti əvvəllər özəl sahiblərdən müsadirə olunub.
“Cebhe.info” xəbər verir ki, bunu Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval öz teleqram kanalında bildirib. O deyib ki, 2023-cü ildə Ukraynada 431 obyekt özəlləşdirilib ki, bundan da 3,3 milyard qrivna (86,8 milyon dollar) gəlir əldə edib. Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsi təxminən 1000 obyektin özəlləşdirilməsindən 4 milyard qrivna (105,3 milyon dollar) məbləğində gəlirin olması nəzərdə tutulur.
Koval bu min obyektdən 678-nin rusiyalılara məxsus olduğunu vurğulayıb. Hazırda satış üçün sənədlər hazırlanır. Bu obyektlər arasında məmur “Ocean Plaza” ticarət mərkəzinin, beton zavodunun, Timurovski karxanasının və s. adını çəkib.
2022-ci ilin yayında Ukraynada “Dövlət əmlakının sürətləndirilmiş özəlləşdirilməsi haqqında” qanun qüvvəyə minib. 2023-cü il iyulun sonunda Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal bildirib ki, Dövlət Əmlak Fondu kiçik özəlləşdirməni davam etdirməli və iri özəlləşdirməyə başlamalıdır.
Xəzər
“Cebhe.info”