Qaçmağa çalışan PKK-lı yaxalanıb

Qaçmağa çalışan PKK-lı yaxalanıb

Yunanıstana qaçmağa çalışan terror təşkilatı PKK-nın üzvü Türkiyənin Ədirnə şəhərində saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, təhlükəsizlik qüvvələri terror təşkilatı PKK-nın üzvü olduğu təsbit edilən K.A.-nı Yunanıstana keçmək istəyərkən hərbi məhdudiyyətli bölgədəki əməliyyat zamanı yaxalayıb.

“Silahlı terror təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olduğu müəyyən edilən şübhəlinin barəsində jandarma əməliyyatı davam etdirilir.

Nigar Hacılı

"Cebheinfo.az"