Qəzzada ölənlərin sayı yenidən artdı

Qəzzada ölənlərin sayı yenidən artdı

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada insan tələfatı 43 min 712-yə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, 7 oktyabr 2023-cü il tarixindən bu yana aramsız olaraq davam edən hücumlarda yaralananların sayı isə 103 min 258-ə yüksəlib. 

Nazirlik son 24 saat ərzində 47 mülki şəxsin həyatını itirdiyini, 182 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.

Əfsanə Rəcəb
"Cebheinfo.az"