Rusiya qoşunları Çexiyaya “hücuma keçdi”

Rusiya qoşunları Çexiyaya “hücuma keçdi”

Çexiyanın Baş naziri Pyotr Fialanın “X” sosial şəbəkəsindəki hesabı sındırılıb və orada saxta yazılar yerləşdirilib. 

“Cebheinfo.az” xəıbər verir ki, bu barədə “Ceske Noviny” qəzeti Çexiya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Paylaşımların birində Rusiya qoşunlarının Kalininqradla sərhəd yaxınlığında Çexiya ordusuna hücumu haqqında yazılıb. 

Digər iki yazıda qeyd edilir ki, Çexiya Prezident Donald Trampın ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq sanksiyalar hazırlayır. Tezliklə yazılar silinib. Çexiya hökumətinin sözçüsü bildirib ki, Baş nazirin hesabı iki mərhələli autentifikasiya ilə qorunurdu. “Bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, bu səhər baş nazirin “X” şəbəkəsindəki profilinə hücum edilib”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”