Tramp ABŞ-nin yeni xəritəsini dərc etdi

Tramp ABŞ-nin yeni xəritəsini dərc etdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bir müddətdir Panama kanalını, Kanadanı və Qrenlandiyanı almaq istədiyini dilə gətirir.

“Cebheinfo.az” xəbər verir ki, 2025-ci ilin əvvəlində istefa verdiyini açıqlayan Kanadanın baş naziri Castin Trüdo isə ötən gün Trampa reaksiya verib.

54 yaşlı sabiq nazir "Kanadanın ABŞ-nin bir hissəsi olması ehtimalı cəhənnəmdə qartopu şansı qədərdir" deyib. 

Tramp öz xəritəsini öz sosial şəbəkəsindən sonra “X” hesabında da Kanadanı ABŞ ərazisi kimi göstərən xəritəni paylaşıb.

Trampın oğlunun Qrenlandiyaya səfəri də reaksiyaya səbəb olub.  Panama isə Trampa “Kanalımızın suverenliyi müzakirə belə edilə bilməz”, - deyə cavab verib.

Əfsanə Rəcəb
“Cebheinfo.az”