Tramp Azərbaycana qarşı çıxışlarıyla tanınan şəxsə vəzifə verir

Tramp Azərbaycana qarşı çıxışlarıyla tanınan şəxsə vəzifə verir

Donald Tramp ABŞ-nin səhiyyə naziri vəzifəsinə kiçik Robert Kennedinin namizədliyini irəli sürüb.

“Cebheinfo.az” xəbər verir ki, seçki marafonunun əvvəlində Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürüb və daha sonra seçkidən çəkilib. O, Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınır. Xüsusilə seçki dönəmində Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağırıb.

Robert Kennedi ABŞ-nin keçmiş baş prokuroru Robert Kennedinin kiçik oğlu və keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur. Onların hər ikisi 1960-cı illərdə sui-qəsd nəticəsində öldürülüb. O, 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürməyi planlaşdırsa da, bundan imtina edib və Trampı dəstəkləyib.

Xəzər
“Cebheinfo.az”