Trüdo Trampla görüşmək üçün Floridaya səfər edib

Trüdo Trampla görüşmək üçün Floridaya səfər edib

Kanada Trampın gələcək iqtisadi siyasətindən narahatdır. 

“Cebheinfo.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kanadanın Baş naziri Kastin Trüdo ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşmək üçün Amerikanın Florida ştatına rəsmi səfər edib.

“CBC News” xəbər verir ki, Trüdonun təyyarəsi Palm Beach Beynəlxalq Hava Limanına enib və onun Trampla Mar-a-Laqodakı malikanəsində nahar edəcəyi gözlənilir.

Məlumata görə, Donald Tramp Kanada və Meksikanın qanunsuz narkotiklərin satışana və qanunsuz miqrantlara qarşı mübarizəyə qoşulmayacağı təqdirdə hər iki ölkənin məhsullarına və mallarına yüksək gömrük rüsumu tətbiq edəcəyini bildirib. 

Trampın Kanada mallarına 255 rüsum tətbiq edəcəyi gözlənilir. 

Baş naziri Kastin Trüdo cümə günə keçirdiyi mətbuat konfransında Trampın Kanada ilə bağlı bəyanatının qəbuledilməz olduğunu və bunun hər iki dövlətə zərər verəcəyini vurğulayıb.

“Bu təkcə Kanada vətəndaşlarına deyil, həmçinin ABŞ vətəndaşlarına, Amerika sənayesinə və biznesinə ziyan vuracaq”, - deyə Trüdo bildirib. 

Qeyd edək ki, 2023-ci ilin yanvar-sentyabr aylarında ABŞ ABŞ Kanadadan təxminən 435 milyard dollar dəyərində məhsul idxal edib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”