Türkiyədə bir ildə 32 min zəlzələ olub

Türkiyədə bir ildə 32 min zəlzələ olub

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) 2024-cü ildə Türkiyə və onun ətrafında baş verən zəlzələ fəaliyyətini sosial media hesabında paylaşıb.

"Cebheinfo.az" xəbər verir ki, 2023-cü ildə Kahramanmaraş zəlzələsi ilə sarsılan Türkiyə 2024-cü ildə çoxlu zəlzələlərlə qarşılaşıb.

AFAD sosial media hesabında 2024-cü ildə Türkiyə və yaxın ətraflarında baş verən zəlzələ fəaliyyətləri ilə bağlı paylaşımda "2024-cü ildə 32 min 500 zəlzələ, AFAD Zəlzələ və Riskin Azaldılması Ümumi Müdirliyi tərəfindən qeydə alınaraq qiymətləndirilib" ifadəsi yer alıb.

Nigar
"Cebheinfo.az"